Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dövlət Xidməti ticarət mərkəzində yanğın-taktiki təlim keçirib

2 dəq
Paylaş:
Dövlət Xidməti ticarət mərkəzində yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Gəncə şəhəri, Yeni Gəncə massivində “Nəhəng Daş” ticarət mərkəzində “Ticarət müəssisələrində baş verən yanğın hadisələrinin söndürülməsi” mövzusunda yanğın- təlim keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Təlimin keçirilməsində əsas məqsəd ticarət mərkəzlərində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı ticarət mərkəzində şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin tabeli hissə və bölmələri tərəfindən “yanğın” yerində kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatı yerinə yetirilib.

Təlimə ümumilikdə 40 nəfərdən ibarət şəxsi heyət, 4 ədəd texnika cəlb edilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax