Əsas məzmuna keç

Goranboyda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Goranboyda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Goranboyda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin...

Goranboyda etməkdə şübhəli şəxslər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Oktyabrın 10-da gecə saatlarında Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı qəsəbə sakininə məxsus fərdi yaşayış evinə 2 nəfər maskalı şəxslərin qeyri-qanuni yolla daxil olması, əllərindəki bıçaqla ev sahibi və onun həyat yoldaşını ölümlə hədələyib onlara müxtəlif bədən xəsarətləri yetirən və hadisə yerindən 2 000 manat, 5 380 ABŞ dolları və 5 adda müxtəlif qızıl-zinət əşyaları ələ keçirmələri barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Davam etdirilən -axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Goranboy sakinləri, 1999-cu il təvəllüdlü Ümid Məmmədov və 1997-ci il təvəllüdlü Samir Hüseynov saxlanılıb. Şübhəli şəxslər saxlanılan zaman cinayətdə istifadə olunan 1 ədəd bıçaq və quldurluq yolu ilə ələ keçirilmiş pul və qızıl əşyaları maddi sübut kimi götürülüb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində başlanıb, araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…