Operativ Məlumat Mərkəzi

Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var

1 dəq
Paylaş:
Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var

Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, “VAZ-21015” markalı minik avtomobili ot bağlamaları daşıyan traktorun qoşqusuna çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan Şəmkir rayon sakinləri, 1969-cu il təvəllüdlü Şannaz Namazova, 1990-cı il təvəllüdlü Tural Rüstəmov, 1992-ci il təvəllüdlü Tutu Rüstəmli, 1959-cu il təvəllüdlü Xalidə Abdullayeva, 2014-cü il təvəllüdlü Kənan Rüstəmli və 2011-ci il təvəllüdlü Aytən Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar təcili tibbi yardım maşını ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar. Onlardan 4-nün vəziyyəti kafi digərlərinin vəziyyəti isə normal qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər