Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qızıl qaçaqmalçılığı: Bakı Hava Limanında əməliyyat keçirildi

2 dəq
Paylaş:
Qızıl qaçaqmalçılığı: Bakı Hava Limanında əməliyyat keçirildi

Dövlət Komitəsi tərəfindən hava limanında həyata keçirilən xüsusi nəticəsində, "paylama üsulu" ilə ölkəyə gizli yolla gətirilməyə çalışılan ümumilikdə 347 qram qızılın qarşısı alınıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları gömrük qaydalarının pozulması faktını dərhal aşkar ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına əsasən, hadisə -Doha-Bakı aviareyisi ilə gələn sərnişinlər arasında qeydə alınıb. 4 nəfər vətəndaşı "yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən, nümayiş etdirdikləri şübhəli davranışlara görə əsaslı yoxlamaya cəlb olunublar.

Yoxlama prosesində sərnişinlərdən gömrük orqanına bəyan edilməyən gizlədilmiş qiymətli metallar tapılıb. Aşkar edilən mallar arasında ümumilikdə 300 qram "Pump" markalı külçələr47 qram qızıl qolbaqlar olduğu müəyyən edilib.

İlkin araşdırma zamanı məlum olub ki, sözügedən predmetlər sərnişinlərin şəxsi əmlakı deyil. Bu əşyalar onlara xarici ölkədə, gömrük nəzarətindən yayındıraraq Azərbaycana keçirmələri məqsədilə verilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Dövlət Gömrük Komitəsi vətəndaşlara müraciət edərək xəbərdarlıq edir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar sərhəddən keçirilən zaman ciddi hüquqi məsuliyyət yarada bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax