Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif Prezident İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda Baş nazir Azərbaycanın milli bayramı münasibətilə dövlət başçısına, hökumətə və qardaş Azərbaycan xalqına ən xoş arzularını çatdırıb. Məryəm Nəvaz Şərif 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın suverenliyə və milli ləyaqətə olan sarsılmaz bağlılığının göstəricisi kimi qiymətləndirib.
Müraciətdə həmçinin aşağıdakı məqamlar vurğulanıb:
- Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin dünya miqyasında böyük hörmətlə qarşılandığı qeyd olunub.
- Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inamlı inkişafı və beynəlxalq nüfuzunun artması xüsusi vurğulanıb.
- Bakıya səfəri zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlıq ifadə olunub.
- Pakistan, xüsusilə Pəncab əyaləti ilə Azərbaycan arasındakı əlaqələrin ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslandığı bildirilib.
Sonda Pəncabın Baş naziri Azərbaycan Respublikasına davamlı sülh və rifah arzularını çatdırıb.