Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsveçrənin xarici işlər naziri Azərbaycana təşəkkür edib

2 dəq
Paylaş:
İsveçrənin xarici işlər naziri Azərbaycana təşəkkür edib

İsveçrə Konfederasiyasının federal naziri İqnasio Kasis Respublikasının naziri Ceyhun Bayramova zəng vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, nazirlər beynəlxalq və regional məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Mövcud gərginliyin daha da artmasının yolverilməz olduğu vurğulanaraq, böhranın dialoq və diplomatik vasitələrlə həllinin vacibliyi qeyd edilib.

İsveçrə naziri ölkəmizə qarşı İran tərəfindən həyata keçirilmiş dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib. O, həmçinin İran ərazisindən İsveçrə vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə ölkəmizə təşəkkür edib.

zamanı tərəflər həmçinin Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Bu çərçivədə aprel ayında Xarici İşlər Nazirlikləri arasında keçiriləcək siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax