Almaniya prezidenti Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, prezident bu barədə Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü zamanı danışıb.
O, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini də çatdırıb.