Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq

2 dəq
Paylaş:
BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq

Baş Dövlət İdarəsi (BDYPİ) şənbə və bazar günləri şəhərlərarası yollarda axınını nəzərə alaraq, sürücülərə səfər öncəsi tədbirlərinə xüsusi diqqət yetirməyi tövsiyə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BDYPİ rəsmi məlumat yayıb.

Qeyd olunub ki, yola düşməzdən əvvəl avtomobilin vəziyyətini yoxlamaq vacibdir. Xüsusilə əyləc sistemi, sükan idarəetməsi, təkərlərin vəziyyətiişıqlandırma qurğularının sazlığı səfərin təhlükəsiz keçməsində əsas rol oynayır.

İdarədən bildirilib ki, hərəkət zamanı sürət həddini yol şəraitinə uyğun seçmək, öndə gedən vasitəsi ilə ara məsafəsini qorumaq və yalnız icazə verilən yerlərdə ötmə əməliyyatı aparmaq yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edir.

Uzun məsafələrdə isə yorğunluq hiss etdikdə qısa fasilə vermək zəruridir. Səfər boyunca diqqəti yayındıran amillərdən, xüsusilə mobil telefondan istifadədən uzaq durmaq və təhlükəsizlik kəmərindən istifadə etmək hər bir sürücünün əsas vəzifəsidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax