Operativ Məlumat Mərkəzi

“Qarabağ” ev oyunlarını bu stadionda keçirəcək

2 dəq
Paylaş:
“Qarabağ” ev oyunlarını bu stadionda keçirəcək

” Futbol Klubu 1 fevral tarixindən etibarən Misli Premyer Liqasındakı ev qarşılaşmalarını adına Stadionunda oynayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in yaydığı məlumata görə, bu barədə Peşəkar Futbol Liqası (PFL) verib.

Qeyd olunub ki, “Qarabağ” klubu PFL-ə müraciət edərək, hazırda həm özünün, həm də “Turan Tovuz”un müvəqqəti ev oyunlarını keçirdiyi “Azersun Arena”nın ot örtüyünün qənaətbəxş vəziyyətdə olmamasını əsas gətirib. Klub, mövcud şəraitin daha da pisləşməsinin qarşısını almaq məqsədilə ev matçlarının başqa arenada keçirilməsinə şərait yaradılmasını xahiş edib.

Stadionun texniki durumu, klubun müraciəti və ümumi infrastrukturun qorunmasının vacibliyini nəzərə alan PFL, “Qarabağ”ın ev oyunlarının fevralın 1-də “Turan Tovuz”a qarşı keçiriləcək matçdan başlayaraq növbəti bildirişədək Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılması barədə qərar qəbul edib.

Bildirilib ki, qarşılaşmaların tarixi və başlama saatı dəyişməz qalacaq.

Xatırladaq ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki ev oyunlarını da məhz Tofiq Bəhramov adına Respublika Stadionunda keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax