İstanbulun "Qalatasaray" klubu "Şaxtyor"un 20 yaşlı futbolçusu Alisson Santananı öz transfer siyahısına əlavə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə nəhəngi Barış Alper Yılmazın ehtimal olunan gedişi və icarəyə götürülmüş oyunçuların qeyri-müəyyən gələcəyi fonunda bu addımı atmağa hazırlaşır.
Qeyd edək ki, Ukrayna təmsilçisi Alissonu "Atletiko Mineyro"dan 14 milyon avroya transfer etmişdi. Gənc oyunçunun müqaviləsi 2029-cu ilin dekabrına qədər qüvvədədir.
"Fotospor" nəşrinin məlumatına görə, futbolçu universallığı ilə İstanbul klubunun diqqətini cəlb edir.
Mümkün transferlə bağlı yekun qərarın Arda Turanın rəyindən asılı olacağı bildirilir. "Qalatasaray" rəsmi təklif göndərmək üçün onun reaksiyasını gözləyir. Türkiyə klubunun bu transfer üçün nə qədər vəsait ayıracağı isə hələlik məlum deyil.