Operativ Məlumat Mərkəzi

Füzulinin azad olunan 21 kəndində 41 min mina aşkar edilib

1 dəq
Paylaş:
Füzulinin azad olunan 21 kəndində 41 min mina aşkar edilib

Azərbaycan minalarla çirklənmə faizinə görə dünyada ilk beşlikdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

O qeyd edib ki, Horadiz əməliyyatı zamanı işğaldan azad edilən Füzulinin azad olunan 21 kəndindən 41 min mina aşkar edilib:
"Həmin kəndlər cəmi 3-4 ay işğal altında qalmışdı. Bu rəqəmlərə baxdıqda 30 ildən çox işğalda saxlanan torpaqlarımızda milyon yarımdan çox minanın olması təəccüblü deyil".

Bu xəbəri paylaş

Oxşar xəbərlər