Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistana yük qatarı yola düşdü

2 dəq
Paylaş:
Ermənistana yük qatarı yola düşdü

Bu gün Azərbaycandan Ermənistana yanacağının və gübrəsinin tədarükü baş tutur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 1 984 ton dizel yanacağı yüklənmiş 31 ədəd vaqondan135 ton gübrə yüklənmiş 2 vaqondan ibarət qatar " Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Yük ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. Qeyd edək ki, Rusiya gübrəsi ilk dəfə olaraq Azərbaycandan tranzitlə bu ölkəyə göndərilir.

Xatırladaq ki, sonuncu dəfə fevralın 25-də Azərbaycandan Ermənistana 4 500 ton dizel daşıyan 39 ədəd çən vaqon yola salınıb.

Bundan əvvəl isə yanvarın 11-də qonşu ölkəyə 979 ton "Aİ 92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqon yola düşüb.

Daha öncə, yanvarın 9-da Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu göndərilib. Daşınan yüklərə 1 742 ton "Aİ-95" markalı benzin956 ton dizel yanacağı daxil olub.

Bu ölkəyə yanacaq ixracına isə 2025-ci il dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.

İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax