Operativ Məlumat Mərkəzi

Fransa Senatında səfirliyimizə hücumla bağlı məsələ qaldırılacaq

1 dəq
Paylaş:
Fransa Senatında səfirliyimizə hücumla bağlı məsələ qaldırılacaq
Fransa Senatının sabah keçiriləcək iclasında Azərbaycan səfirliyinə silahlı hücum edilməsinə də toxunulacaq və İranın məsuliyyətsiz davranışı...

Fransa Senatında Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı ilə bağlı məsələ qaldırılacaq.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, Fransa Senatının sabah keçiriləcək iclasında Azərbaycan səfirliyinə silahlı hücum edilməsinə də toxunulacaq və İranın məsuliyyətsiz davranışı pisləniləcək.

Qeyd edək ki, yanvarın 27-də saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu edilib. Silahlı hücum zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, daha iki əməkdaş isə yaralanıb. Terror aktını törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər