Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Flik Kristenseni "Barselona"da saxlamaq istəyir

1 dəq
Paylaş:
Flik Kristenseni "Barselona"da saxlamaq istəyir

"" klubunun komandanın müdafiəçisi Andreas Kristensenin çıxışını yüksək qiymətləndirir.

"Operativ Məlumat Mərkəzi-OMM" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, almaniyalı futbolçunun heyətdə qalmasının tərəfdarıdır.

Lakin bu, oyunçunun hər vəchlə komandada saxlanılacağı mənasına gəlmir.

Bir müddət əvvəl danimarkalı müdafiəçi rəhbərliyin təklifini geri çevirib.

Belə ki, "Barselona" ona maaşının azaldılması şərti ilə müqaviləni daha bir il uzatmağı təklif etmişdi. Hazırda tərəflər arasında ortaq məxrəcə gəlinməyib.

Əgər yeni razılaşma əldə olunmasa, Kristensen yay pəncərəsində azad agent kimi klubu tərk edəcək. İddialara görə, İngiltərə, Almaniya və İtaliya klubları onun xidmətində maraqlıdır.

Qeyd edək ki, 30 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 17 matçda meydana çıxıb və 1 qolla yadda qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax