“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Premyer Liqa təmsilçisi Portuqaliyanın “Paredes” klubundan mərkəz müdafiəçisi Ruy Paşekunu transfer edib.
Bölgə klubu 24 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayıb.