Bu ilin sonuna qədər 5 yeni incəsənət məktəbi istifadəyə veriləcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, məktəblərin yerləşəcəyi ərazilər bunlardır:
- Biri Bakının Bilgəh qəsəbəsində;
- Biri Gəncə şəhərində;
- Digər üçü isə Şəki şəhərində olacaq.