Belçikada 10 mərtəbəli yaşayış binasında yanğın baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" “Daily Mail”-ə istinadən xəbər verir ki, hadisə Antverpen şəhərinin Linkeroever bölgəsində qeydə alınıb.
200 sakinin yaşadığı binanın 8-ci mərtəbəsində baş verən yanğında ölənlər və yaralananların olduğu bildirilib.
Yanğının baş vermə səbəbi və insan tələfatının sayı ilə bağlı dəqiq məlumat hələlik açıqlanmayıb.