Operativ Məlumat Mərkəzi

Los-Ancelesdə İran əleyhinə aksiya zamanı yük maşını etirazçıların üzərinə sürülüb

1 dəq
Paylaş:
Los-Ancelesdə İran əleyhinə aksiya zamanı yük maşını etirazçıların üzərinə sürülüb

Los Ancelesin Vestvud bölgəsində İran rejiminin əleyhinə keçirilən etiraz aksiyasında insident yaşanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Los Angeles Times”a istinadən xəbər verir ki, “U-Haul” tipli yük maşını etirazçıların üzərinə sürülüb.

Sürücü polis tərəfindən saxlanılıb, ciddi xəsarət qeydə alınmadığından, əraziyə təcili tibbi yardım maşınının göndərilməsinə ehtiyac qalmayıb.

Yük maşınının sürücüsünün isə yaralandığı bildirilir.

Polis hadisənin siyasi motiv və ya terrorçu məqsədlərlə törədildiyini ehtimal etmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər