Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda azyaşlılar qəza törətdi: Ölən və yaralı var

2 dəq
Paylaş:
Bakıda azyaşlılar qəza törətdi: Ölən və yaralı var

Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı vasitəsini hərəkətə gətirərək qəza törədib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Belə ki, rayon sakini İlham Qasımov “VAZ” markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 7 və 6 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər. Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.

"Bu hadisə göstərir ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. “ haqqında” Qanunun tələblərinə uyğun olaraq, enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat vasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir. Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağır faciə ilə üz-üzə qalmazdı.

Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tələb olunur", - deyə məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax