Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rasim Balayevlə vida mərasimi keçirilir

1 dəq
Paylaş:
Rasim Balayevlə vida mərasimi keçirilir

Dövlət Milli Dram Teatrında yaratdığı bənzərsiz obrazlarla tamaşaçıların yaddaşına əbədi həkk olunan, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri iştirak edirlər.

Mərhumun cənazəsi Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub.

Postamentin ətrafına İlham Əliyev, Birinci vitse- , dövlət və hökumət təşkilatları adından əklil düzülüb.

Xalq artisti Rasim Balayevin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun sənətini sevənlər teatrın binasına gələrək, unudulmaz aktyora son borclarını verirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax