Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Faiq Sücəddinov: “Qastrol proqramı mədəniyyət üçün mühüm hadisədir”

2 dəq
Paylaş:
Faiq Sücəddinov: “Qastrol proqramı mədəniyyət üçün mühüm hadisədir”

Nazirliyinin bu ilin mart ayından etibarən həyata keçirdiyi böyük qastrol proqramı ölkəmizin mədəni həyatı üçün çox əlamətdar hadisədir. Bu həm aparıcı bədii kollektivlərin sayına, həm də əhatə etdiyi bölgələrin coğrafiyasına görə ölkəmizdə ilk böyük qastrol aksiyasıdır”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikirləri “Qafqazinfo”ya açıqlamasında görkəmli bəstəkar, pianoçu və pedaqoq, Xalq , təqaüdçüsü Faiq bildirib.

Xalq artisti paytaxtda fəaliyyət göstərən böyük bədii kollektivlərin bölgələrdə geniş proqramı ilə çıxış etməsini yerlərdə sakinlərin bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynayacağını deyib.

Onun sözlərinə görə, qastrol proqramı eyni zamanda zəngin incəsənətimizin bölgələrimizdə təbliğinə töhfə verəcək, istedadlı uşaq və gənclərimizin sənətə yönəlməsinə vəsilə olacaq.

“Qastrol proqramının əhəmiyyəti həm də ondan ibarətdir ki, tamaşaçılar simfonik və kamera musiqisindən tutmuş, muğam, xor və rəqs sənətinə kimi bir mədəni zənginliklə tanış olmaq imkanı qazanacaqlar. Mədəniyyət Nazirliyinin bu layihəsi bir incəsənət xadimi kimi məni çox sevindirir və bu təşəbbüsü ürəkdən alqışlayıram. Çox istərdim ki, bu layihə davamlı olsun”, – deyə Xalq artisti Faiq Sücəddinov bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax