Estoniyanın yeni hökuməti aztəminatlı vətəndaşların ölkə iqtisadiyyatına kifayət qədər töhfə vermədiyinə görə onlara verilən sosial yardımı kəsməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Postimees" məlumat yayıb.
Yeni baş nazir Kristen Mixalın rəhbərlik etdiyi Nazirlər Şurası aztəminatlı qruplara yardımı azaltmağı düşünür. Rəsmilərin fikrincə, bu kateqoriyadan olan vətəndaşlar Estoniyanın iqtisadi inkişafına az töhfə verir.
"Postimees"-ə müsahibə verən ekspertlər bu təşəbbüsü tənqid edərək, onu dar düşüncəli adlandırıblar. Onların hesablamalarına görə, belə bir qərar ölkədə iqtisadi artımın yavaşlamasına və inflyasiyanın sürətlənməsinə səbəb ola bilər.
Bundan əlavə, Estoniya hökuməti ordunu maliyyələşdirmək üçün 2% əlavə universal gəlir vergisi tətbiq etməyi planlaşdırır. İstisnasız bütün vətəndaşların bunu ödəməli olacağı güman edilir.