Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyik"

2 dəq
Paylaş:
"İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyik"

"Aİ çox güman ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Aİ-nin Xarici İşlər və Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib.

"İrana qarşı yeni tətbiq . Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi təyin edəcəyik. Bu, onu Əl-Qaidə, Həmas və İŞİD ilə eyni kateqoriyaya salacaq. Terrorçu kimi davranırsınızsa, sizə terrorçu kimi yanaşılmalıdır. İrandakı etirazlar zamanı itkilərin sayını görürük və rejim tərəfindən görülən tədbirlər həqiqətən çox böyükdür. Buna görə də biz həm də açıq bir siqnal göndəririk - insanlara təzyiq göstərsəniz, bunun bir bədəli var və bunun üçün də sanksiyalara məruz qalacaqsınız", - o bildirib.

Kallas əlavə edib ki, nazirlərinin görüşünün kifayət qədər sıx gündəliyi olacaq və bu gündəliyə Rusiya- müharibəsi də daxil olacaq.

O bildirib ki, Rusiyanı çirkli pulların yuyulması ilə bağlı qara siyahıya salmaq planları üzərində iş gedir: "Düşünürəm ki, Rusiyanı real danışıqlara məcbur edən istənilən tədbir yaxşı bir şeydir və biz beləcə irəliləyəcəyik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax