Ermənistan təxribatı nəticəsində hərbi qulluqçumuz ağır yaralanıb

Ermənistan təxribatı nəticəsində hərbi qulluqçumuz ağır yaralanıb
11.05.2023 07:25
Aa
dəq

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz ağır yaralanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. 

Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə  xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub.

Təxribat törədilən istiqamətdə  Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb. 

Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Həftənin ən çox oxunanları

Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq - YENİLƏNİB

Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezidentlə oğlu təməlqoyma mərasimində

Prezidentlə oğlu təməlqoyma mərasimində
DAVAMIN OXU davamın oxu

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Xocalı və Xankəndiyə getmək istəyənlərin nəzərinə - Sentyabrın 16-dan...

Xocalı və Xankəndiyə getmək istəyənlərin nəzərinə - Sentyabrın 16-dan...
DAVAMIN OXU davamın oxu

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb
DAVAMIN OXU davamın oxu