Ermənistan minalarla bağlı faktların heç birini təkzib edə bilməyib

Ermənistan minalarla bağlı faktların heç birini təkzib edə bilməyib
Xarici Siyasət Qarabağ
23.02.2023 11:58
Aa
dəq

Məhkəmə prosesi zamanı işğaldan azad edilmiş ərazilərimizdə Ermənistanda 2021-ci ildə istehsal edilmiş minaların aşkarlanması haqda bizim tərəfdən ortaya qoyulan faktların heç birini Ermənistan təkzib edə bilmədi.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir müavini qeyd edib ki, həmçinin bu minalar ancaq Laçın yolu vasitəsilə gətirilə bilərdi.

“Bu da onu göstərdi ki, son 2 ildə Ermənistan üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərini pozur”, - Elnur Məmmədov qeyd edib.

Həftənin ən çox oxunanları