"Ermənistan bölgədə vəziyyəti gərgin saxlamağa çalışır" - Ekspert

"Ermənistan bölgədə vəziyyəti gərgin saxlamağa çalışır" - Ekspert
15.08.2023 12:25
Aa
dəq

“Bu gün Ermənistan BMT Təhlükəsizlik Şurası daxil olmaqla bir çox beynəlxalq təşkilatları proseslərə cəlb etməyə və bu proseslər nəticəsində də özü haqqında hansısa bir obraz yaratmağa çalışır”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Sosial Təqdiqatlar Mərkəzini sektor müdiri, ekspert Tural İsmayılov deyib.

Ekspert qeyd edib ki, Ermənistan sülh sazişi imzalamaq əvəzinə bölgədəki vəziyyəti gərgin halda saxlamağa çalışır.

“Ermənistan bu gün Azərbaycanın sülhlə bağlı real təkliflrinə cavab vermək və həmçinin sülh sazişi imzalamayaraq özünü və xalqını düşdüyü bəlalardan xilas etmək əvəzinə, situasiyanı bölgədə daha da gərgin olaraq saxlamağa çalışır. Amma hər kəsə bəlli olan bir məsələdir ki, bu gün Azərbaycanın sülhlə bağlı çağırışlarına Ermənistanın adekvat cavab verməkdən başqa heç bir yolu qalmayıb. Ermənistan Cənubi Qafqazda sülhün mümkünsüzlüyü haqda bir fon yaratmağa çalışır və bu fonu yaratmaq üçün də dünyanın müxtəlif təşkilatlarını dezinformasiyalarla zəhərləməyə davam edir”.

BMT Təhlükəslik Şurasını Qarabağla bağlı iclasına münasibət bildirən politoloq qeyd edib ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə beynəlxalq təşkilatları manipulyasiya edir.

“Ermənistan “fake news”larla həm başqa dövlətləri, həm də böyük təşkilatları aldatmağa və onları manipulyasiya etməyə cəhd edir. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı Ermənistana qarşı çıxardığı məlum qətnamələrin yerinə yetirməməyini də Ermənistan tərəfindən həyata keçirildiyini görürdük. Əslində, Ermənistan dövlət olaraq o qədər simasını itirib ki, 30 il ərzində çıxardığı qətnamələrə hörmət etmədiyi BMT Təhlükəsizlik Şurasını indi Qarabağ ətrafında saxta gündəmlə məşğul etməyə çalışır".

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu