Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan bununla bağlı sosial media hesabında paylaşım edib.
Həmin paylaşımda deyilir: "ABŞ-də böyük mübarizədən sonra prezident seçkilərində qalib gələn və yenidən ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm".