Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini Qəzza zolağında İsrailə "uşaqların öldürülməsində qeyd-şərtsiz dəstək" verməkdə ittiham edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Türkiyə Prezidenti bu barədə Ankarada çıxışı zamanı deyib.
"Qərb ölkələri İsrailə Qəzzada uşaqların öldürülməsində qeyd-şərtsiz dəstək verirlər. Beynəlxalq təşkilatlar və media öldürülən həmkarlarının müdafiəsi üçün bir söz deyə bilməz. İllərdir bizə demokratiya və qanun haqqında mühazirələr oxuyanlar onlardır. Söz azadlığından danışmadılar? BMT institusional olaraq Qəzza sınaqlarına tab gətirə bilmədi".