Ərdoğan: "Qarabağın azadlığı üçün gördüyümüz işlər Ankaranın müstəqil siyasətinin təzahürüdür"

Ərdoğan: "Qarabağın azadlığı üçün gördüyümüz işlər Ankaranın müstəqil siyasətinin təzahürüdür"
10.01.2024 16:51
Aa
dəq

30 ildən sonra Qarabağın azad olunması istiqamətində gördüyümüz işlər Ankaranın müstəqil siyasətinin təzahürüdür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) qurulmasının 97-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə beynəlxalq şahmat taxtasında oyun quran dövlətdir: "Hər kəs bunu bilir. Avropadan Asiyaya qədər dünyanın müxtəlif qitələrindəki müttəfiqlərimiz bu həqiqəti ifadə edirlər".

Dövlət başçısı qeyd edib ki, Türkiyə xarici və daxili siyasətində öz maraqlarına uyğun davranır: "Suriya və İraqın şimalında həyata keçirdiyimiz əməliyyatlar da bunu göstərir".

R.T.Ərdoğan xatırladıb ki, dünyanın geosiyasi sistemində yeni reallıqlar və təhlükəsizlik sistemi yaranıb.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu