Operativ Məlumat Mərkəzi

Ərdoğan Putinlə əsir mübadiləsini müzakirə edib

1 dəq
Paylaş:
Ərdoğan Putinlə əsir mübadiləsini müzakirə edib
bu barədə Anadolu Ajansı məlumat yayıb. "Qara dəniz taxıl dəhlizinin bərpası və minalardan təmizlənməsi məsələlərindən əlavə, cənab Putin və onun...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda Rusiya lideri Vladimir Putinlə danışıqlarda taxıl dəhlizinin bərpası, Ukrayna münaqişəsində əsirlərin mübadiləsi və Qara dənizin minalardan təmizlənməsi məsələlərini müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Anadolu Ajansı məlumat yayıb.

"Qara dəniz taxıl dəhlizinin bərpası və minalardan təmizlənməsi məsələlərindən əlavə, cənab Putin və onun nümayəndə heyəti ilə görüşümüz zamanı biz də gördük ki, əsirlərin mübadiləsi ilə bağlı gözləntilər var", - deyə dövlət başçısı müsahibəsində bildirib.

"Biz iki ölkə arasında sülh danışıqlarının mümkün qədər tez başlamasını istəyirik və əlverişli nəticəyə yol açmaq istəyirik. Bu məqsədə çatmaq üçün yorulmadan çalışmaqda davam edəcəyik", - prezident əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər