Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Emin Hüseynov: Məcburi köçkünlərin rəyi mütləq nəzərə alınmalıdır

2 dəq
Paylaş:
Emin Hüseynov: Məcburi köçkünlərin rəyi mütləq nəzərə alınmalıdır

Keçmiş köçkünlərin, yerli sakinlərin, qadınların, gənclərin və həssas qrupların səsləri yenidənqurma prosesinin lap əvvəlindən nəzərə alınmalıdır. Çünki uğurlu bərpa yalnız tikilən evlərin sayı ilə ölçülmür. O, insanların həqiqətən öz evlərinə qayıtdıqlarını hiss edib-etməmələri ilə ölçülür.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikirləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə səsləndirib.

O bildirib ki, bu isə tərəfdaşlıq tələb edir. Hökumətlər, təşkilatlar, maliyyə institutları, şəhərsalma ekspertləri və yerli icmalar pərakəndə şəkildə deyil, inteqrasiya olunmuş və insan mərkəzli yanaşmalar vasitəsilə birlikdə çalışmalıdırlar. Münaqişələr, iqlim şokları və köçkünlükdən getdikcə daha çox təsirlənən bir dünyada mənzil təminatına artıq ikinci dərəcəli humanitar məsələ kimi baxılmamalıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax