"Birincə sinfə qəbul zamanı məktəb direktorunun hər hansı valideyndən "şirinlik" istəməsi qanun pozuntusudur".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
O bildirib ki, buna görə də valideynlər öz hüquqlarını müdafiə etməlidir.
Nazirlik rəsmisi vurğulayıb ki, belə hallarla qarşılaşan valideynlər hüquq-mühafizə orqanlarına müraciət edə, eyni zamanda birbaşa nazirliyə və digər aidiyyəti qurumlara yazılı şəkildə şikayət göndərə bilərlər: “Bu prosesdə bir-birimizə yardımçı olmalıyıq. Elektron sistem şagirdin qəbulu barədə sms göndərirsə, məktəbin bu məsələdə əsas rolu toplanılan sənədləri qəbul etməkdir. Bütün sənədlər qaydasındadırsa, məktəbin həmin uşağı qəbul etməmək kimi şansı yoxdur”.