Əli Əsədov Numan Kurtulmuşla Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsini müzakirə edib

Əli Əsədov Numan Kurtulmuşla Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsini müzakirə edib
23.02.2024 13:46
Aa
dəq

Baş nazir Əli Əsədov fevralın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsini müzakirə edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında əlaqələrin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirilib.

Dövlət başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyə Respublikasına etməsinin önəmi qeyd olunub, bunun iki ölkə rəhbərliyi arasında bir ənənəyə çevrilməsindən məmnunluq ifadə olunub. Eyni zamanda Azərbaycan-Türkiyə əlaqələrinin beynəlxalq təsisatlar çərçivəsində müvəffəqiyyətlə inkişaf etdiyi qeyd olunub, xüsusilə Türk Dövlətləri Təşkilatının regional və beynəlxalq gücə çevrilməsi yolunda atılan birgə addımların əhəmiyyəti vurğulanıb.

"Tərəflər dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu qeyd ediblər, Milli Məclislə Türkiyə Böyük Millət Məclisi arasında qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndiriblər. Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında quruma sədrliyin Türkiyədən Azərbaycana keçməsinin əhəmiyyətinə toxunan Ə.Əsədov Türkiyənin sədrliyi dövründə Assambleyanın beynəlxalq nüfuzunun daha da artdığını, qlobal sülh və inkişaf naminə parlamentlərarası əməkdaşlığın genişləndiyini bildirib", - məlumatda qeyd edilib.

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu