Əli Əsədov: "İqtisadi artımımız davam edir"

Əli Əsədov: "İqtisadi artımımız davam edir"
17.03.2023 11:23
Aa
dəq

Ötən il qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında baş verən dəyişikliklərə baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.

"2022-ci ildə ölkədə 133,8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub, il ictimai həyatın bütün sahələrində aparılan islahatlarla yadda qalıb", - deyə o qeyd edib.

"Hazırda valyuta ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır", - deyə hökumət başçısı əlavə edib.

Həftənin ən çox oxunanları