Operativ Məlumat Mərkəzi

Ə.Əhmədov bu ölkənin əmək və sosial rifah naziri ilə görüşüb

1 dəq
Paylaş:
Ə.Əhmədov bu ölkənin əmək və sosial rifah naziri ilə görüşüb
Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçlə görüşüb. Bu barədə  "Operativ Məlumat...

Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçlə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Azərbaycanda sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin sosial təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən davamlı tədbirlər barədə məlumat verilib.

Görüş zamanı həmçinin, Azərbaycanla Monteneqro arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər