Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi qitələri birləşdirəcək

2 dəq
Paylaş:
Elçin Əmirbəyov: Zəngəzur dəhlizi qitələri birləşdirəcək

Dünyada baş verən münaqişələr ölkələrarası ixracat məsələsində ciddi problemlərə yol açır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Antalya Forumunda panel müzakirə zamanı deyib.

O, Orta Dəhlizin bu yöndə xüsusi üstünlüyünə diqqət çəkib:

"Cənubi Qafqazda biz sadəcə ticarəti düşünmürük, bununla bərabər biz sülhü də düşünürük. Bölgəmizdə onillər boyu münaqişə mövcud idi. Bu gün de-fakto olaraq Ermənistanla sülh içərisində yaşayırıq, bu da bizim üçün yeni fürsətlər açır".

Xüsusi nümayəndə Zəngəzur dəhlizinin çox böyük bir layihə olduğunu deyib:

"Zəngəzur reallaşdığı zaman, sadəcə, Azərbaycanla arasında yol deyil, Asiya ilə Avropa arasında ciddi bir bağlantı rolunu oynayacaq.

Nəticə etibarilə Cənubi Qafqaz onillər boyu sürən düşmənçilik münasibətlərindən qurtulub işbirliyi istiqamətində inkişafda olan, sülh və rifah dolu bir bölgəyə çevrilməkdədir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax