Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Səkkiz NATO ölkəsi və Ukrayna müdafiə bankı yaratmağı planlaşdırır

2 dəq
Paylaş:
Səkkiz NATO ölkəsi və Ukrayna müdafiə bankı yaratmağı planlaşdırır

Səkkiz NATO üzvü və sektoruna investisiyaların artırılması məqsədilə yeni maliyyə qurumunun – "Müdafiə, və Dayanıqlılıq Bankı"nın yaradılması barədə razılığa gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, qərar Ankarada keçirilən NATO sammiti çərçivəsində qəbul olunub. Təşəbbüsə Kanada, Albaniya, Belçika, Yunanıstan, Latviya, Lüksemburq, Rumıniya, Türkiyə və Ukrayna qoşulub.

Bildirilir ki, yeni bankın mənzil-qərargahı Kanadada yerləşəcək. Qurumun 2027-ci ildən fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda iştirakçı bankın fəaliyyət mexanizmi və maliyyələşdirmə prinsiplərini müəyyənləşdirirlər.

Birgə bəyanata əsasən, bank müdafiə və layihələrinə uzunmüddətli və aşağı faizli maliyyə dəstəyi göstərəcək. Məqsəd hökumətlərin, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinin hərbi təchizat zəncirində maliyyə imkanlarını genişləndirməkdir.

Təşəbbüsün əsas məqsədi Ukraynadakı müharibə fonunda müdafiə sənayesinə investisiyaları artırmaq və hərbi istehsalın genişləndirilməsinə dəstək verməkdir.

Qeyd edək ki, son illər NATO ölkələri müdafiə xərclərini artırsa da, bir sıra Avropa dövlətləri dövlət borcu və büdcə xərclərinin idarə olunması ilə bağlı çətinliklərlə üzləşir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax