Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan və İran XİN başçılarının telefon danışığı olub

2 dəq
Paylaş:
Azərbaycan və İran XİN başçılarının telefon danışığı olub

naziri Ceyhun Bayramovla iranlı həmkarı Seyid Abbas Ərağçi arasında baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı İranda hərbi əməliyyatlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub. İran İslam Respublikasının naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib.

C. Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.

Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax