Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DYP texniki müayinə mərkəzlərinin bayram iş qrafikini açıqladı

2 dəq
Paylaş:
DYP texniki müayinə mərkəzlərinin bayram iş qrafikini açıqladı

Qeyri-iş günlərində baxış xidmətlərindən istifadə etmək istəyən sürücülər üçün Bakının Sabunçu və Qaradağ rayonlarında texniki müayinə mərkəzləri fasiləsiz olaraq hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsi (DYP) məlumat yayıb.

Bildirilib ki, qeyri-iş günlərində vasitələri ilə bağlı hərəkətlərinin aparılması, həmçinin təyin olunmuş imtahanların keçirilməsi prosesində fasiləsizliyin təmin edilməsi üçün qurumun Qeydiyyat-imtahan idarəsində, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələrində xidmət saat 09:00-dan 18:00-dək təşkil olunacaq.

Eyni zamanda vurğulanıb ki, nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarının çoxluğunu və yaradılmış imkanları dəyərləndirərək istər texniki baxış, istərsə də qeydiyyat-imtahanla bağlı adi iş günlərində olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax