Lənkəran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə şəhərin Molla Pənah Vaqif küçəsində baş verib.
İlkin məlumatlara əsasən, 57 yaşlı şəhər sakini Vüqar Nağırov avtomobili idarə edərkən sükan arxasında qəfil ürəktutması keçirib və vəfat edib. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarındakı obyektə çırpılıb.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər sürücünün öldüyünü təsdiqləyiblər. Faktla bağlı araşdırmalar davam etdirilir.