ABŞ Prezidenti Donald Tramp İran neftinə nəzarət etmək istədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp deyib ki, əgər hər şey ondan asılı olsaydı, neft üzərində nəzarəti saxlamaq istərdi.
“Əgər hər şey məndən asılı olsaydı, neft üzərində nəzarəti saxlamaq istərdim. Sadəcə ABŞ xalqının bunu düzgün anlayacağını düşünmürəm. Təəssüf ki, amerikalılar bizim evə qayıtmağımızı istəyirlər”, - Tramp qeyd edib.
Tramp İranda "rejim dəyişikliyi" olduğunu bir daha iddia edib. Onun sözlərinə görə, "İranda yeni rejim əvvəlkilərdən daha ağıllıdır".