ABŞ Prezidenti Donald Tramp “New York Times” qəzetinin bağlanmasını səbirsizliklə gözlədiyini bildirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial media platformasında paylaşım edib.
O yazıb ki, “ağılı olan hər kəs üçün onların heç bir nüfuzu yoxdur — ən aşağı səviyyəli tabloiddir.
Tirajlarının kəskin şəkildə azalmasının nəticədə qapılarını bağlamağa məcbur edəcəyini səbirsizliklə gözləyirəm. Bu, Amerika üçün əla xəbər olardı!”
ABŞ lideri paylaşımında “New York Times” qəzetini “solçuların korrupsiyalaşmış, prinsipsiz və acınacaqlı ruporu” adlandırıb.
Qeyd edək ki, Tramp daha əvvəl də NYT-ni milli təhlükəsizliyə ciddi təhdid yaratmaqda ittiham edib, nəşrin yalan məlumat yaydığını bildirərək onu “xalqın əsl düşməni” kimi xarakterizə etmişdi.