Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Donald Trampdan Falkland adaları ilə bağlı gözlənilməz açıqlama

3 dəq
Paylaş:
Donald Trampdan Falkland adaları ilə bağlı gözlənilməz açıqlama

ABŞ Prezidenti adalarının statusu ilə bağlı Vaşinqtonun mövqeyinin dəyişə biləcəyinə işarə edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin Falkland adalarının statusu ilə bağlı suallarını cavablandırarkən ABŞ-nin mövcud mövqeyinin dəyişib-dəyişməyəcəyi ilə bağlı suala “Hər bir mövqeyi hər zaman yenidən nəzərdən keçirirəm. Bu da çoxsaylı məsələlərdən yalnız biridir” cavabını verib.

Trampın açıqlaması ABŞ-nin Böyük Britaniyanı müdafiə xərclərini artırmağa təşviq etmək üçün məsələsindən təzyiq vasitəsi kimi istifadə edə biləcəyi barədə xəbərlərin fonunda səslənib.

“The Telegraph” qəzetinə danışan yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, Pentaqon NATO müttəfiqlərinin ilə bağlı öhdəliklərini təhlil edir və bu prosesdə London xüsusi diqqət mərkəzindədir. Bildirilir ki, ABŞ-nin Falkland adaları ilə bağlı mövqeyini dəyişməsi Britaniyanı hərbi büdcəsini artırmağa təşviq etmək üçün nəzərdən keçirilən variantlardan biridir.

Böyük Britaniyanın Con Hili isə ölkəsinin müdafiə xərclərini ÜDM-in 3 faizinə çatdırmaq hədəfindən geri çəkilməyəcəyini bildirib. O, ABŞ-nin Falkland məsələsində Argentinanın tərəfini tuta biləcəyi ilə bağlı iddiaları rədd edərək, adaların Britaniyaya məxsus olduğunu və sakinlərin istədiyi müddətdə ölkənin tərkibində qalacağını vurğulayıb.

Qeyd edək ki, Cənubi Atlantikada yerləşən Falkland adaları uzun illərdir Britaniya ilə Argentina arasında suverenlik mübahisəsinin predmetidir. London adaların öz müqəddəratını təyin etmə hüququna və Britaniya Dənizaşırı Ərazisi statusuna sadiq olduğunu bildirir.

Pentaqonun məsələni gündəmə gətirməsi ilk dəfə deyil. Aprel ayında yayılan sənədlərdə də Britaniyanın İranla bağlı məsələlərdə ABŞ-yə kifayət qədər dəstək verməməsi halında Vaşinqtonun Falkland adaları ilə bağlı mövqeyini dəyişə biləcəyi qeyd olunmuşdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə