ABŞ Prezidenti Donald Tramp qlobal təhlükəsizlik fonunda NATO və digər müttəfiqlərə təzyiq göstərilməsinin vacibliyini xüsusi vurğulayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında paylaşım edib. Siyasətçi qeyd edib: "Nə qədər məyusedici olsa da, bizimkilər də daxil olmaqla, bu insanların heç biri, həmçinin NATO onlara təzyiq göstərilməyənə qədər heç nə anlamır!!!"
ABŞ və İran Gərginliyi: Yaxın Şərqdə Atəşkəsə Necə Gəlinib?
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.
Buna cavab olaraq İran, İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirməyə başlayıb.
Gərginliyin ardınca İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran rəsmiləri bildirib ki, bu müddət ərzində Hörmüz boğazından təhlükəsiz keçid ölkənin Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla təmin ediləcək.