ABŞ Prezidenti Donald Tramp ötən ilin avqustunda imzalanmış sülh müqaviləsinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Prezidenti “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Donald Tramp qeyd edib ki, regionda baş vermiş son müharibə son dərəcə ağır və dağıdıcı olub və onun sona çatdırılmasına nail olduğu səkkiz münaqişədən biri hesab edilir. Prezidentin sözlərinə görə, hazırda bölgə sülh və rifah mərhələsinə qədəm qoyur.
Tramp vurğulayıb ki, ABŞ-nin vitse-prezidenti Jey Di Vens fevral ayında Azərbaycan və Ermənistana səfər edəcək. Səfərin məqsədi sülh prosesini davam etdirmək və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılan təşəbbüsü irəli aparmaqdır.
Bununla yanaşı, Donald Tramp ABŞ-nin Azərbaycana Amerika istehsalı olan müdafiə təyinatlı məhsullar, o cümlədən zirehli geyimlər, qayıqlar və digər avadanlıqların satışını planlaşdırdığını da qeyd edib.