Direktor: “Sertifikasiyada uğur qazanmayan 505 müəllim təlimlərdə iştirakdan imtina edib”

Direktor: “Sertifikasiyada uğur qazanmayan 505 müəllim təlimlərdə iştirakdan imtina edib”
Elm və təhsil
18.05.2023 11:43
Aa
dəq

“Ötən il keçirilən sertifikasiya imtahanında nəticə qazana bilməyən 505 müəllim öz ərizəsi ilə təlimlərdə iştirakdan imtina edib. 32 müəllim isə ya işdən çıxıb, ya da vəfat etməsi səbəbindən təlimlərdən kənarda qalıb”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O bildirib ki, müəllimlərin təlimlərə cəlbi ilə bağlı hər cür şərait yaradılmışdı: “Hətta ilkin elandan sonra imtina edən müəllimlər belə sonradan təlimdə iştirak üçün müraciət ediblər. Humanist addım ataraq onlayn təlimlərin yenidən təşkili planlaşdırılır. Yaxın günlərdə onların xahişi nəzərə alınacaq”.

Qeyd edək ki, ötən ilki imtahanlarda 2800 müəllim uğur qazanmayıb və təlimlərə cəlb olunub.

Həftənin ən çox oxunanları