Operativ Məlumat Mərkəzi

DİN saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciət edib

1 dəq
Paylaş:
DİN saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciət edib

Son dövrlərdə bir çox vətəndaş saxta kirayə ev elanlarının qurbanı olur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciətində qeyd edilib.

Bildirilib ki, bu kimi hallarla qarşılaşmamaq üçün diqqətli olmaq lazımdır.

"Elanı diqqətlə yoxlayın. Təklif çox ucuz görünərsə, ehtiyatlı olun. Qanuni sənədlər tələb edin. Əvvəlcədən ödəniş etməyin. Mənzili şəxsən görmədən razılaşma sənədi imzalamayın. Sizi aldatmaq istəyənlərə qarşı tədbirli olun! Əmin olmadığınız hallarda DİN-in 102 Zəng mərkəzinə, ərazi polis orqanlarına müraciət edin. Qanuni yaşayış üçün hər zaman təhlükəsiz yoldan gedin!", - müraciətdə vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər