Əsas məzmuna keç

DİN-də keçirilən müşavirədə prezident seçkilərinə hazırlıq müzakirə olunub

DİN-də keçirilən müşavirədə prezident seçkilərinə hazırlıq müzakirə olunub

daxili işlər naziri Vilayət Eyvazov seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni...

Daxili İşlər Nazirliyində keçirilən müşavirəsində 2024-cü il fevralın 7-nə təyin olunan ilə bağlı vətəndaşların hüququnun təmin olunması məsələləri müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov seçki gününədək vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsinə dair göstərişlər verib.

Müşavirədə iştirak edən daxili işlər orqanlarının rəhbər heyətindən respublikada asayişin, təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində fəaliyyət nəzarətdə saxlanılmaqla, qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi tələb edilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…