Operativ Məlumat Mərkəzi

DİN: "Azərbaycanda məcburi əməyə cəlb edilənlərin əksəriyyəti xarici ölkə vətəndaşlarıdır"

1 dəq
Paylaş:
DİN: "Azərbaycanda məcburi əməyə cəlb edilənlərin əksəriyyəti xarici ölkə vətəndaşlarıdır"

"Azərbaycanda məcburi əməyə cəlb edilənlərin əksəriyyəti xarici ölkələrin vətəndaşlarıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə "İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları” adlı təlimdə deyib.

Onun sözlərinə görə, məcburi əməyə cəlb edilənlər arasında qadınlar olsa da, kişilər üstünlük təşkil edir:

"İnsan alverində məcburi əməyə cəlb edilənlərin əksriyyətini xarici ölkələrdə işləmək adı ilə aparılan kişilər təşkil edir. Cinsi istismara məruz qalanlar isə qadınlardır. Kişilərin cinsi istismara məruz qalması faktı yoxdur".

Bu xəbəri paylaş

Oxşar xəbərlər