Operativ Məlumat Mərkəzi

Dəmir yolundan oğurluq edən şəxs tutulub

1 dəq
Paylaş:
Dəmir yolundan oğurluq edən şəxs tutulub
Dəmir yolundan oğurluq edən şəxs Sumqayıtda saxlanılıb. DİN-in Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Dəmir Yolu...

Dəmir yolundan oğurluq edən şəxs Sumqayıtda saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri zamanı dəmir yolundan oğurluq etməkdə şübhəli bilinən Naxçıvan MR Şərur rayon sakini Rahim Vəliyevi saxlayıblar.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs dəmir yolunun Baş Sumqayıt-Güzdək mənzilinin 23-cü kilometrliyindən işlək vəziyyətdə olan rabitə naqilini kəsərək oğurlayıb və satıb.

Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsinin istintaq qrupunda cinayət işi başlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər